Tənhalıq yoluxucu xəstəlikdir
Həkimlər bildirir ki, bir çox təhlükəli xəstəliklərin başlanğıcı məhz tənhalıqla bağlıdır. SİA-nın xəbərinə görə, psixoloji problemlər insanları kütlələr arasında tənha qoyur. Nəticəsi isə acınacaqlı olur, hətta intiharadək uzanır. Müasir dövrün ən yoluxucu xəstəliyi də tənhalıqdır. Araşdırmalara görə, cəmiyyətdə tənha insanların sayı gündən-günə artır. Həkimlər bildirir ki, insana veriləcək ən böyük cəza tənhalıqdırsa, müasir dövrdə bu cəzanı çəkən bir çox insan var. Tənhalıq mənəvi bir yaradan çox şəkər, ürək, mədə xorası kimi bir çox xəstəliyin başlanğıcıdır. Müxtəlif xəstəliklərin yaranması ilə yanaşı tənhalıq ömrü də qısaldır. İnsanda paylaşmaq, əliaçıqlıq kimi hissləri məhv edir, neqativləşdirir. Bu vəziyyət təkrarlandıqca vəziyyət bədbin bir hal yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə