Mobil telefonla çox danışmaq beyin xərçəngi riskini artırır

Mobil telefonla çox danışmaq beyin xərçəngi riskini artırır

Araşdırmalara görə, mobil telefonla gündə 30 dəqiqədən artıq danışmaq beyin xərçəngi riskini bir neçə dəfə artırır. Araşdırmada 13 ölkədən 30 yaşdan yuxarı olan 5 mindən artıq insan iştirak edib. Mütəxəssislər mobil telefonu qulaqcıqla istifadə etməyi məsləhət görürlər. Çünki təcrübə çərçivəsində telefondan gündə 30 dəqiqədən az və qulaqcıqla istifadə zamanı xərçəngə yoluxma halı qeydə alınmayıb.


Alimlər xüsusilə 30 yaşdan aşağı olan insanlar arasında cib telefonundan istifadənin kütləvi hal aldığını bildirirlər. \"Ağır istifadəçilər\" adlandırılan bu qrup gündə 30 dəqiqədən çox telefondan istifadə edir. Təcrübə aparılan qrupa aid olan insanlar isə ayda iki saatdan artıq telefona vaxt sərf etmirlər.


Qeyd edək ki, alimlərin növbəti hədəfi uşaqların mobil telefondan istifadəsinin beyin şişinin yaranmasına necə təsir etdiyini araşdırmaqdır. Bəzi mütəxəssislər isə beyin hüceyrələri hələ tam inkişaf etməmiş olan uşaqların yüksək risk altında olduğunu qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə