İnsandan sonra ən ağıllı nədir?

İnsandan sonra ən ağıllı nədir?
Amerikalı alimlər insandan sonra ən ağıllı canlıların adlarını müəyyən ediblər. SİA-nın xəbərinə görə, heyvanlar aləminin ən ağıllısı delfinlərdir. Mütəxəssislər delfinlərin davranışlarını və anatomik quruluşlarını tədqiq ediblər. Nəticədə əvvəllər insandan sonra ən ağıllı hesab edilən şimpanzelər yerlərini heyvanat aləminin ən gözəl canlısı hesab edilən delfinlərə verib. Alimlər hesab edirlər ki, onlar özlərini güzgüdə tanıya bilirlər. Bu səbəbdən alimlər dəniz məməlisinin ovlanmasının və onlardan əyləncə məqsədi ilə istifadəsinin qadağan edilməsini istəyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə