Zövqsüzlüyün səbəbləri hansılardır?
SİA-nın məlumatına görə, bu göstəricilərə görə zövqlü və ya zövqsüz olduğunuzu ayırd edə bilərsiniz.
1. Bədən ölçülərinə uyğun olmayan geyim.
2. Rəng uyğunsuzluğu.
3. Geyimdə göy qurşağı. Rəngli geyimlər dəbdədir. Ancaq bir paltarda 3- dən artıq rəng olmamalıdır.
4. Böyük ölçülü geyimlər. Əyindən tökülən geyimlər də dar geyimlər kimi səliqəsiz görünür ve xarici görkəminə mənfi təsir göstərir.
5. Həddən artıq qısa ətəklər. Qısa yubka, don istirahət üçün yararlıdır. Ancaq işdə və küçədə geyinmək üçün heç də məsləhət deyil. Bədən ölçüləriniz imkan versə belə, çox qısa geyimlərə həvəs göstərmək lazım deyil.
6. Ayaqqabı, paltar ve aksesuarların eyni rəngdə olması. Qırmızı paltar, qırmızı ayaqqabı, qızrmızı çanta – bu seçim pis zövqe dəlalət edir.
7. Şəkilli geyimlər. Çox şəkilli paltarlar geyinməkden qaçın. Əgər yubkanız dama-damadırsa, o zaman köynək bir tonda olmalıdır. Və yaxudda əksinə.
8. Parlaq görsənmek işıldamaq demək deyil. Parıltılar, parlaq zinət əşyaları dəblə ayaqlaşmaq istəyən qadınların seçimi deyil. Qızılı və ya gümüşü rəngləri solğun rənglərlə uyğunlaşdırmaq lazımdır. Birinin parlaq olması kifayət edir.
9. Zinət əşyalarının bolluğu. Bütün zinət əşyalarını eyni anda taxmaq pis zövqün daha bir əlamətidir. Yadda saxlayın, üçdən artıq bəzək əşyası taxmaq sizi zövqsüz qadınlar sırasına salacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB