SİA qadınların xoslamadığı 15 xüsusiyyəti təqdim edir:
Ağız qoxusu
Bunu aradan qaldırmaq üçün bir çox üsul var, amma ağız qoxusu sizin fərqində olmadığınız bir mədə narahatlığından, ya da kanal müalicəsi istəyən çürük bir dişdən irəli gələ bilər. Əvvəlcə bitmək bilməyən bir ağız qoxusu probleminiz varsa, həkimə gedin. Yediklərinizə diqqət yetirin, sevgilinizlə görüşə getməzdən əvvəl soğan, sarımsaq kimi qoxu yayıcı yeməklərdən uzaq durun. Ağız spreyi, ya da nanəli saqqız da işə yaraya bilər.
Ağ şalvar
Çox xüsusi bir kostyum olmadıqca ağ şalvar geyinməyin. Bir ağ kostyum üçün əsla pul verməyin. Xüsusilə yayda geyilən ağ kətan geyimlər, 80-ci illərin \"Miami Vice\" vaxtlarında qaldı. Ağ şalvar geyənləri qadınlar ilk baxışda silir.
Burun tükü
Nəfəs alarkən tozun girməsinə əngəlləyən bu faydalı tüklər, təəssüf ki, burundan fışkırma nöqtəsinə çatanda qadınları diksindirməyə başlayır. Çünki nəfəs alıb verərkən belə o tüklər hərəkət edir, əmin olun. Amma çarəsi yox deyil. Texnologiya inkişaf etdi, sırf bu iş üçün hazırlanmış aparatlar çıxdı.
Uzun bığ
Üzün şəklinə görə kəsilmiş bığlar, ya da saqqallar əlbəttə görüntünüzü dəyişdirəcək, amma bunların uzunluğuna diqqət yetirməlisiniz. Bir qadının qarşısında uzun bığlarınızla şorba, ya da ayran içirsinizsə halınız heç yaxşı deyil!
Həddindən böyük qarın
Həddindən artıq əzələli bədən kişilər bəyənilmədiyi kimi həddindən artıq böyük qarınlı kişilər də bəyənilmir. Qabağınızda balkon kimi dayanan bir qarınla gəzməyi istəməzsiniz hər halda. Əgər qarnınız sizdən qabaqda getməyə başlayıbsa, dərhal nəzarəti ələ alın və yeməklərnizə diqqət yetirin.
Çox Jeleli Saçlar
Başına bir qutu jele inyeksiya edənlər və saçları işıqda parlayan kişilər bütün qadınları diksindirir. Saçlarınız hər zaman təmiz olsun, çiməndən sonra da fenlə dəyişdirə bilərsiniz.
Həddindən artıq əzələli bədən
Həddindən artıq əzələli bədənli kişilərə əsla paxıllıq etməyin! Çünki qadınların bu tip bədənli kişilərdən heç xoşu gəlməz. Amma idman salonunda 500 kilo ağırlıqla press edən kişilər əsla seksual deyil.
Rəngli linza
Göz rənginiz nə olursa olsun onu sevməyə çalışın. Unutmayın, sizə ən çox yaraşan, doğuşdan sahib olduğunuz göz və saç rəngidir. Başqa bir kişidə rəngli göz çox gözəl ola bilər, amma əhəmiyyətli olan təbii gözəllik dir... Bundan başqa qadınlar original kişilərdən xoşlanır!
Qızıl bijüteriya
Çox varlı ola bilərsiniz, qızılın rəngini də sevə bilərsiniz, amma qadınların ortaq fikiri belədir: \"Kişilərə bijüteriya, xüsusilə qızıl bijüteriya yaraşmır.\" Barmaq qalınlığında qızıl bir boyunbağı və ya üzük barmağını örtən qızıl üzüklərdən, xüsusilə də üzəri daşlı, cəngavər üzüyü kimi olanlardan taxan kişilər, qadınlar tərəfindən heç xoş qarşılanmır.
Sarı dişlər
Diş pastası varkən hələ sarı dişlərlə gülməniz heç yaxşı deyil. Unutmayın ki, siz necə qadının gülüşünə diqqət edirsinizsə, o da sizin gülüşünüz diqqət edir. Əvvəlcə siqaret çəkirsinizsə, dərhal buraxın. Dişlərinizi nizamlı bir şəkildə ağardıcı diş pastasıyla fırçalayın.
Kürək tükləri
Uzanmış çiyin tüklərini və kürəkdəki "kürk paltonu" təmizləmək məcburiyyətindəsiniz. Çünki istisnasız bütün qadınlar bunlardan nifrət edir. Qadınlar bir tük yumağına sarılmaq istədikləri zaman yataq otaqlarında qoyduqları oyuncaq ayını qucaqlaya bilərdilər.
Tər qoxusu
Qadınlar təmiz kişiləri sevər. Ətir olmasa da, bədəni təmiz iy verən bir kişini cazibədar hesab edərlər. Tər qoxusu isə böyük bir təhlükədir.
Ucuz qoxu
Ümidvarıq ki hələ tütün odekolonunu ətir niyyətinə istifadə etmirsiniz. Əgər ətiriniz yoxdursa odekolon da istifadə etməyin, daha yaxşıdı ... Kişilərdə odekolon mövzusu qadınları eyni qütblü maqnitlər kimi itələyir.
Dikdaban ayaqqabı
Boyunuz sizə görə qısadırsa qoyun elə qalsın. Olduğunuz kimi görünün, özünüzə görə yoldaşlar seçin. Amma əsla dikdaban ayaqqabı geyməyin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB