Araşdırmaya görə, qazlı və şəkərli içkilər qaraciyərə spirt qədər zərər verir. SİA-nın xəbərinə görə, içkilərdə olan fruktozanın qaraciyər yağlanılmasına səbəb olduğu və bunun da siroz və xərçəngə gətirib çıxardığı məlum olub. Qazlı və şəkərli içkiləri ilə bərabər meyvə şəkərləri ilə dadlandırılmış meyvə suları və enerji içkiləri də siroz xəstəliyi riskini yüzdə 10 nisbətində artırır. İçkilərdə şəkər yerinə istifadə edilən qarğıdalı siropu, fruktoza və kimyəvi dadlandırıcıların qaraciyərə spirtin verdiyi qədər zərərlidir. Qazlı içkilər diabet, diş çürüməsi, sümük problemləri, qida pozuntusu, ürək xəstəliyi, qida asılılığı və nevroloji problemlər kimi narahatlıqlara da gətirib çıxardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB