Uşaqlar üçün təhlükəli ola biləcək 15 qida

Uşaqlar üçün təhlükəli ola biləcək 15 qida

Mütəxəssislər xüsusilə uşaqlar üçün təhlükəli ola biləcək 15 qidanın adını açıqlayıb. SİA onların siyahısını təqdim edir:

SOSİSKA: Tədqiqatçılar 10 yaşından kiçik uşaqlardakı boğulma hadisələrinin yüzdə 17-nin sosiskadan qaynaqlandığını, sosiskalı buterbrodun xəbərdarlıqla satılması lazım olduğunu söyləyir.

FISTIQ: Cəmi əhalinin yüzdə birinin fıstıq allergiyası var. Ölümlə nəticələnən allergiya hadisələrinin böyük hissəsi fıstıqdan qaynaqlanır.

QƏHVƏ: İçkisi əldə edilən bu bitki, infarktına gətirib çıxarması ilə bərabər uyğunlaşma çətinliyi və dişlərdə saralmağa gətirib çıxarır.

KARTOF QIZARTMASI: Kartof qızartmasının içində yüksək nisbətdə olan akrilamid maddəsi səbəbiylə uzun müddət istehlak edilsə damar sərtliyi, köklük və xərçəngə səbəb ola bilir

HAMBURGER: Ən zərərli yağ növü olan trans yağların istifadəsi səbəbiylə ürək xəstəlikləri meydana gəlir

SPİRTLİ İÇKİ:Spirt istifadəsi beyin və sinir sisteminə mənfi istiqamətdə təsir edir.

ÜZÜM: Şəkər nisbəti yüksək olan bir meyvə olan üzüm, diyabetli adamlar üçün zərərlidir.

ŞOKOLAD: Yüksək nisbətdəki kakao, şəkər və qatqı maddələrini içində saxlayan şokolad qandakı xolesterol miqdarını yüksəldir

CİPS: Cips yeməyin yağ içməkdən fərqsiz olduğunu deyən mütəxəssislər, bir çox təhlükəli xəstəliyə səbəb olduğunu vurğulayır

DONDURMA: Asan pozula bilmə xüsusiyyətinə sahib olan dondurmanın içindəki maddələrin pozulma səbəbiylə ortaya çıxması bağırsaq xəstəliklərinə gətirib çıxarır

TORT: Tortların içində çox miqdarda olan şəkər, yağ, un kimi maddələr mədə xəstəliklərinə gətirib çıxarır.

POPKORN: Edilən bir araşdırmada partlamış qarğıdalının kalori və yüksək nisbətdə doymuş yağ ehtiva etdiyi ortaya çıxdı


BOYALI ŞƏKƏR: İçində boya quruluşçu kimyəviləri saxlayan şəkərlər diş çürüməsi başda olmaq üzrə, obezite, diyabet, ürək və dövran xəstəlikləri, xərçəng, hipertansiyon, iflic, xora, asdım, revmatizm, xroniki yorğunluq sindromu və sümük əriməsinə səbəb olur.

ÇİY YUMURTA: İçində tapıla biləcək zərərli salmonella mikrobu səbəbiylə xəstəliklərə gətirib çıxarır.

DONDURULMUŞ QİDA: Bu cür qidaların dondurulma əməliyyatları əsnasında zərərli orqanizmlərin törəməsindən ötəri mədə və bağırsaq xəstəlikləri meydana gəlir

Bütün xəbərlər Facebook səhifəmizdə