70 yaşda əsl xoşbəxtlik
Araşdırmalar yeniyetməlik və gəncliyin sadəcə xoşbəxtliyə gedən yolun bir pilləsi olduğunu, əsl xoşbəxtliyin isə 70-80 yaşlarda gəldiyini göstərib. SİA-nın xəbərinə görə, bununla da alimlər indiyədək insanın həyatında ən xoşbəxt anların gənclik illəri olduğuna, 40 yaşın isə dönüş nöqtəsi sayılmasına dair fikirləri alt-üst edib. İnsan 30 yaşınadək qismən xoşbəxt olur. Bundan sonra onun karyerası ilə ailə işləri bir-birinə qarışır və xoşbəxtlik azalmağa başlayır. Amma 45 yaşdan sonra onun xoşbəxtliyi yenidən inkişaf etməyə başlayır. Əsl xoşbəxtliyi hiss etmək üçün isə 70 yaşı keçmək lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə