20-40 min dollara təyyarə oturacaqları istehsal olunacaq

20-40 min dollara təyyarə oturacaqları istehsal olunacaq

Türk Hava Yolları (THY) yeni təyyarə oturacaqlarının istehsalı üçün beynəlxalq avtomobil şirkəti ilə əməkdaşlığa başlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, THY-nin İdarə Heyətinin rəhbəri Hamdi Topçunun sözlərinə görə, hədəfləri dünya miqyasında təyyarə oturacaqları istehsal və dizayn etməkdir: "Yeni oturacaqlar yüngül və keyfiyyətli olacaq ki, bu da yanacaq sərfiyyatına birbaşa təsir edəcək". Yeni oturacaqlar Türkiyə iqtisadiyyatına da fayda verəcək. Belə ki, bu oturacaqların hər birinin qiyməti lüks avtomobil dəyərindədir. Sənaye və ticarət naziri Nihat Ergünün sözlərinə görə, biznes oturacaqların dəyəri 20-40 min dollar arasında dəyişir.

Bütün xəbərlər Facebook səhifəmizdə