Avstraliya alimləri indiyədək axşam saatlarında yeməyin zərəri haqda mövcud olan fikirləri təkzib edib. SİA-nın xəbərinə görə, mütəxəssislərin araşdırması 18:00-dan sonra qidalanmanın orqanizmə xeyrini üzə çıxarıb. Bunun bədən quruluşuna mənfi təsir göstərə biləcəyini etiraf edən tədqiqatçıların sözlərinə görə, artıq çəki problemi olmayan və yuxusuzluqdan əziyyət çəkən insanlar üçün axşam saatlarında qidalanma yalnız xeyir gətirir. Amma bu zaman tərəvəz və dənli bitkilərdən hazırlanmış yeməklər yeyilməlidir. Bu halda həmin insan daha tez yuxuya gedir və daha rahat yatır. İndi qalır seçim etmək: bədən quruluşu, yoxsa sağlamlıq?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB