Qadınlar hansı yaşda hansı vitaminləri qəbul etməlidirlər?

Qadınlar hansı yaşda hansı vitaminləri qəbul etməlidirlər?
20 yaşlı xanımlar
Bu dövrdə, balanslı bəslənmə ilə bədənin ehtiyac duyduğu vitamin və minerallar təmin edilə bilər. Ancaq, yetkinlik dövründə yaşanan dəri problemlərinə qarşı A vitamini alına bilər. Qansızlıq üçün dəmir qaynağı olan qırmızı ət və ispanaq, brokoli kimi tərəvəzlər seçilməlidir.

30 yaşlı xanımlar
Bu yaşlarda D vitamini də alınması lazım olan vitaminlərdəndir. Süd və süd məhsullarında olan kalsiumu, brokoli, kələm, balqabaqdan ala bilərsiniz.

40 yaşlı xanımlar
Bu yaşda vitamin ehtiyacları yenə dəyişir. Antioksidan xüsusiyyəti olan C və E vitaminləri, eyni zamanda sümüklər üçün kalsium dəstəyi təmin edən D vitamini bu dövrdə ehtiyac duyulan vitaminlərdir. Antioksidan vitaminlər, ürək sağlamlığınızı qoruyarkən, dəri yaşlanmasına qarşı da təsirli olacaq.

50 yaşlı xanımlar
Bu yaş qrupundakı qadınlar, 40 yaşlarda aldıqları vitaminlərə davam etməli ancaq E vitamini dəstəyini artırmalılar. E vitamini dəriyə faydalı olduğu qədər bədənin ürək, sinir, immunitet sistemləri üçün də faydalı bir vitamindir. Bədəndə şiş üçün də E vitamini köməkçi olacaq.

60 yaşlı xanımlar
Qadınların bu dövrdə kalsium və D vitamini səviyyəsini artıran vitaminlərə ehtiyacı var. Eyni zamanda, sink və B12 vitamin dəstəyi bu dövrdə sağlamlıq üçün böyük əhəmiyyət daşıyır. Yetkinlərin yüzdə 40-da B12 vitamini əskikliyi varkən, 65 yaş üstü kəslərin yüzdə 20-si B12 əskikliyi problemi yaşayır. B vitamini, ət, süd və yumurta da var.

Bütün xəbərlər Facebook səhifəmizdə