Yuxu görməyin faydası

Gecə yatarkən yuxu görmək yaddaşı gücləndirir. SİA-nın xəbərinə görə, dünyanın elm adamları yuxu və onun faydasını araşdırıb. ABŞ-dakı Harvard tibb fakültəsinin əməkdaşı Robert Stikqoldun sözlərinə görə, yuxunun son mərhələsi REM adlanır ki, bu mərhələdə görülən yuxular insanın

yaddaşının baza şəklinə salınmasına kömək edir.

Almaniyanın Lübek universitetinin əməkdaşları Jan Born və Susanna Diekelmann da amerkalı mütəxəssislə həmfikirdir. Yuxu həm də insanlara pis xatirələri ilə mübarizə aparmağa imkan yaradır. Belə ki, yuxu pis hadisələrdən dərs çıxarmağa kömək edir.


Bütün xəbərlər Facebook səhifəmizdə