Yuxu dərmanları erkən ölümə səbəb ola bilər. SİA-nın xəbərinə görə, 12 il davam edən araşdırmadan sonra belə qənaətə gəlib. Bu illər ərzində uzun ömürlü, yüksək gəlirli, xroniki xəstəliyi olan, siqaret çəkən, içki içən 12 min nəfər üzərində təcrübə aparılıb. Təcrübədə iştirak edənlər arasında yuxu dərmanı qəbul edənlərdə ölüm riski qəbul etməyənlərlə müqayisədə daha yüksək olub. Alimin sözlərinə görə, yuxu dərmanı qəbul edən insanın orqanizmi parazit xəstəliklərinə, xərçəngin bəzi növlərinə, başqa digər xəstəliklərə qarşı daha davamsız olur. Belə ki, orqanizm belə xəstəliklərlə mübarizədə çətinlik çəkir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB