Dua insanı rahatladır
Bəzi insanlar ən gərgin anlarda belə soyuqqanlılıqlarını qoruyub saxlaya bilirlər. Bəs bu, necə olur? SİA-nın xəbərinə görə, Amerikada aparılan araşdımaya əsasən, belə insanlara duanın çox böyük köməyi dəyir. Dua oxumaq insanı rahatladır. Mütəxəssislərin sözlərinə görə, dua pozitiv hisslər yaradır. Yəni hansı dinə mənsub olmağından asılı olmayaraq, hətta ateist olsa belə böhran vəziyyətində dua edən insanın əsəbləri sakitləşir. Araşdırma çərçivəsində bir qrup insan stresli və əsəbi vəziyyətə salınıb. Bundan sonra onların stres səviyyələri ölçülüb. Daha sonra onların yarısından xərçəng xəstəsi üçün dua etmələrini istəyiblər. Nəticədə dua edənlərdə stresin səviyyəsi etməyənlərlə müqayisədə aşağı olub. Bunun səbəbi isə insanın onu əsəbləşdirən vəziyyətdən çıxması və neqativ duyğularını bir kənara qoymasıdır.


Bütün xəbərlər Facebook səhifəmizdə