Bilirsinizmi ki, 1stəkan suyun sizin sağlamlığınız üçün nə qədər faydası var? SİA-nın xəbərinə görə, su diqqət və yaddaşınızı möhkəmləndirir. Ən qısamüddətli susuzluq belə beynin 2% yığılmasına səbəb olur ki, bu da huşsuzluğa gətirib çıxarır. Su içərək siz daha möhkəm dişlər və sümüklərə sahib olacaqsınız. O, sizə təmiz və təravətli üz dərisi vəd edir. Su qəbizliyin qarşısını alır. Bağırsaqların keçiricilik qabiliyyətini artırır, təmizləyir. Xərçəngə tutulma riskini azaldır. Gün ərzində enerji təminatını yüksəldir. Bədənin su ehtiyatını artırır. Əgər insan gün ərzində kifayət qədər su içmirsə, orqanizm özü su ehtiyatını saxlayır. Nəticədə qarın nahiyəsi şişir. Yox əgər kifayət qədər su içərsə, orqanizmə çox güc düşməz. Su bizi artıq çəkidən də azad edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB