Bir yaşından az uşaqlara inək südü olmaz!!!

Bir yaşından az uşaqlara inək südü olmaz!!!
Bir yaşından əvvəl inək südü istifadəsi körpənin fiziki inkişafında ciddi problemlərə yol aça bilər. SİA-nın xəbərinə görə, ölkəmizdə isə körpələrin 44% inək südüylə bəslənir. Ana südünün körpə bəslənməsində əvvəlcə iştirak etməsi lazım olan qidadır. Ana südünün olmadığı ya da qeyri-kafi olduğu vəziyyətlərdə isə 1 yaşından əvvəl körpələrə inək südü qətiliklə verilməməlidir. Körpələrə 1 yaşına qədər inək südü verilməsi sağlamlıq nüfuzları tərəfindən də təklif edilmir. Ana südünün olmadığı vəziyyətlərdə körpənin ehtiyac duyduğu vitamin və minerallarla təmin edilmiş qidalardan istifadə edilməlidir. Körpələrin ehtiyacı olan bütün vitamin və mineralları qarşılaya bilmək üçün inkişaf etdirilən südləri körpələrin bəslənməsində əhəmiyyətli bir yerə malikdir. İnək südü ilə bəslənən körpələrdə gündəlik ehtiyacı olan əhəmiyyətli minerallar (dəmir, yod, sink kimi) əskik qalır və böyümə və inkişaf geriliyinə səbəb olur.
Yenə 1 yaşından əvvəl inək südü istifadəsi; qəbizlik, dəmir əskikliyi nəticəsində qansızlıq və inkişaf geriliyinə yol aça bilir. Araşdırmalar inkişaf etməkdə olan ölkələrdə 5 yaş altı uşaq ölümlərinin 60% - nın səbəbinin əskik bəslənmə olduğunu və bu ölümlərin çoxunun ilk 1 il içərisindəki əskik bəslənməklə əlaqəli olduğunu ortaya qoyur. Əmizdirmə müddəti 6 ayın altında olan körpələrdə dəmir əskikliyinin çox olduğu daima müşahidə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə