Hər kəs yəqin fikir verib ki, hava qaranlıq olan vaxt çəkilən şəkillərdə gözlər qırmızı düşür. Bəs bu niyə belə olur? SİA xəbər verir ki, işıqlı bir yerə daxil olduqda göz bəbəyimiz kiçilir,qaranlıq bir yerə daxil olduqda isə göz bəbəyimiz daha çox işıq qəbul etmək üçün böyüyür. Fləş(bir anda parlayan) işıqdan istifadə etdikdə fotoaparat bir anda ani olaraq çox qüvvətli bir işıq verir. Göz bu qısa vaxtda kiçilmək üçün lazımi vaxtı tapa bilmir. İşıq birbaşa gözün retina adlı təbəqəsinə düşdüyündən orda olan kiçik damarların görüntüsü əks olunur. Bunun qarşısını almaq üçün yeni bir funksiya olan \"Red Eye\" modulunda çəkdikdə isə işıq iki dəfə verilməklə birincidən sonra göz bəbəklərinin kiçilməsi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB