Ölümcül xəstəliklər
QİÇS -1981-dən bu yana 25 milyon can alıb. HIV virusu səbəbiylə bədənin immunitet sistemini çökdürən bir çox infeksiya və kompleks qarışığı olan QİÇS dünya səviyyəsində olduqca məşhur və yayılan bir xəstəlikdir.

QRİP- Tənəffüs və fiziki təmas yoluyla yoluxan qrip mikrobu olduqca sürətli yayılır. Hər il 36 min adam qrip səbəbiylə həyatını itirir.

İSPAN QRİPİ -1918-19 illəri arasında görülən A tipi H1N1 qripi 100 milyon insanın həyatını aldı.

XİYARCIQLI VƏBA- Bu xəstəliyi daşıyan siçan və birələrin dişləməsiylə insanlara yoluxan xəstəlik 250 milyon adamın ölümünə gətirib çıxardı.

QIZDIRMA - İllik üç milyona yaxın adamın ölümünə səbəb olan bu xəstəlik xüsusilə ağcaqanad dişləməsiylə bulaşır. Ümumiyyətlə tropik və subtropik iqlim qurşağında görülür.

UŞAQ İFLİCİ - Bir virus tərəfindən yaradılan yoluxucu bir infeksiya xəstəliyidir. Sinir sistemini zəbt edərək qalıcı ifliclərə və ya ölümə səbəb ola bilər. Hər yaşda görülə bilər, ancaq ümumiyyətlə, üç yaşında olan uşaqlara təsir edir. 1916-cı ildən bu yana 10 min adam bu xəstəlikdən ölüb.

XOLERA -1991-ci ildən bu yana 12 min adama yoluxan xolera, \"Vibrio cholerae\" adlı bakteriyanın səbəb olduğu bağırsaq infeksiyasına bağlı, akut və şiddətli ishal ilə müşahidə edilən bir xəstəlikdir. Xəstəlik ümumiyyətlə, nəcis bulaşmış çirkli su ya da bu sularla yuyunmuş qidalar vasitəçiliyi ilə yayılar.

ÇİÇƏK XƏSTƏLİYİ - Çiçək xəstəliyi olduqca təhlükəli, yoluxucu və ölümcül ola bilən bir infeksiya xəstəliyidir. Çiçək xəstəliyinin spesifik bir müalicəsi yoxdur .Bu xəstəlikdən qorunmanın tək yolu peyvənddir. Xəstəliyin \'Variola Major\' və \'Variola Minor\' olaraq adlandırılan iki klinika tipi vardır. V majör yüzdə 35 nisbətində öldürücü olarkən, V minorun öldürmə nisbəti 1 % dir .

VƏBA (QURU ÖLÜM) -13 -cü əsrdə Orta Asiyada geniş yayılan Vəba çox sürətli bir şəkildə yayılaraq Avropanı da təsiri altına aldı. 75 milyon adamın ölümünə gətirib çıxaran bu xəstəlik ağrı, atəş və ürək bulanmasıyla başlayırdı. Xəstələrin dirsəklərində və budlarında bənövşəyi qabarıqlıqlar meydana gəlir və qısa müddətdə yumurta böyüklüyünə çatıb sərtləşirdi. Bu yumurtalar partladığında içindən murdar qoxulu qara bir maddə fışqırırdı, ancaq bu rahatlama çarə olmurdu. Çünki xəstə beş gün içində həyatını itirirdi.

EBOLA EHA -1976-dan bəri bilinən bir xəstəlikdir. Olduqca ağır, tez-tez ölümlə nəticələnərək insanlarda və primatlarda ( meymun və şimpanzelər ) görülən bu virus 2000-ci ildən günümüzə 160 min adamın ölümünə gətirib çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə