\"Dell\" şirkəti XPS 15z adlı yeni ultra-nazik noutbuk təqdim edib. SİA-nın məlumatına görə, yeni model istehsalçı tərəfindən Apple şirkətinin MacBookAir noutbukları ilə birbaşa rəqabət aparacaq qurğu kimi qələmə verilir.
Alüminium korpusda hazırlanan, qalınlığı isə 2 santimetrə yaxın olan noutbuklar Intel Sandy Bridge sistem arxitekturasının son modelləri olan Core i5 (2,9 Qhs) və ya Core i7 (3,4 Qhs) prosessorları ilə idarə olunur.
Bundan əlavə yeni qurğu olduqca nazik 15,6 düymlü və 1920x1080 piksel təsvir ölçülü displey, eləcə də 750 qiqabaytadək həcmli sərt disklə təchiz olunub. Yaxın gələcəkdə isə 14 və 17 düym diaqonallı ekranlarla təmin edilmiş versiyaların buraxılacağı gözlənilir.
Avstraliya və Asiya sakinləri artıq yeni \"Dell\" noutbuklarını sifariş edə bilər. Modelin qiyməti 1000 ABŞ dollarından başlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB