Soğanın möcüzələri
Dünya alimləri adi bir soğanın tərkibində insan səhhətinə nə qədər xeyirli maddələr olduğunu kəşf ediblər. SİA-nın xəbərinə görə, rus alimləri soğanın qan dövranına xeyirli cəhətlərinin olduğunu söyləyir. Yapon alimləri soğanın insanın beyin hüceyrələrinə xeyirli təsirindən danışır. Fransız alimlərinin qənaətinə görə, soğan və sarımsaq istifadə edən xanımlar, döş xərçənginə nisbətən az tutulur. Azərbaycan alimləri isə adi Hövsan soğanın tərkibində bütün bu keyfiyyətlərin olduğunu qeyd edir. Bütün bu xüsusiyyətlər onun tərkibində var. Soğan insan beyninin hüceyrələrinə təsir etməklə qocalmanın nisbətən qarşısını alır. Alimlər belə qərara gəlir ki, soğanın tərkibində elə zülallar var ki, birbaşa beyin hüceyrələrin inkişafına təsir edir. Soğan tərkibindən alınan müxtəlif maddələr beyin hüceyrələrinin cavanlaşmasına xidmət edir. Bu da insanda yaddaşı korşalmağa qoymur.

Bütün xəbərlər Facebook səhifəmizdə