Bir quş eyni anda iki fərqli səs çıxara bilər, hətta özü ilə duet də oxuya bilər
Çox vaxt ətrafımızdakı varlıq və hadisələrin nə ifadə etdiyinin fərqinə varmırıq. SİA-nın xəbərinə görə, bunların önəmini ancaq onları itirdikdə anlayırıq. Məsələn, quşların olmadığı bir təbiət necə olar heç düşündünüzmü? Beton yığınları arasında kiçik bir yaşıl budaq tapıb orada varlığını davam etdirən bu sevimli canlılar haqqında nə bilirik? O canlı rənglərin və bir-birindən gözəl nəğmələrin mənası nədir? Quşlardakı həyat və müxtəliflilik bir tərəfə, onların çıxardığı səslərdən təsirlənməyən ola bilərmi? Bəs quş səsləri haqqında nə bilirik?
Quşlar necə səs çıxarır?
Quşlar, insanlardakı kimi bir qırtlağa sahib deyil. Bunun yerinə onlarda "syrinks" deyilən bir orqan var. Syrinks quşun köksünün dərinliklərində, nəfəs borularının iki qola ayrıldığı yerdə olur və cütdür. Elm adamları, quşların boğazlarına fiber optik kabellər yerləşdirərək helium və oksigen verib və ya dimdikləri açıq oxutdurub, infra qırmızı və X şüası kameraları ilə çəkərək bu xariquladə alətin necə işlədiyini öyrənməyə çalışmaqdadır.Syrinkslərin biri dincələrkən digər hissəsi səs çıxara biləcək şəkildə tənzim edilmişdir. Bir quş, eyni anda iki fərqli səs çıxara bilər, hətta özü ilə duet də oxuya bilər.
Kardinal quşları, bronxlarını bir tərəfdən digər tərəfə bağlaya bilir. Kanarya quşları (sarı bülbül) bir tərəfdən oxuyarkən digər tərəfdən də nəfəs ala bilir. Sığırlar hər saniyədə 30 ayrı not çıxara biləcək şəkildə yaradılmışdır. İnsan səslərini təqlid etmək çox çətindir. Tutuquşuları, kolibrilər (milçəkquşu), Yaradıcının ilham etdiyi müxtəlif texnikadan istifadə edərək Onun isimlərinə tərcüman olur. Tutuquşuların bir çox quşdan fərqli olaraq insanlar kimi qalın dilləri var. Bundan başqa bu quşlara insandakı kimi olmasa da səslərinə fərqli mənalar yükləmə qabiliyyəti də verilmişdir. Quşlar syrinkslərindən bəsit səslər çıxarır. Sonra bu xam səslər ağız, boğaz və dil vasitəsilə formalaşdırılır. Tutuquşu növləri syrinkslərində 2-3 kHz tezlikdə səslər istehsal edir və bundan başqa bu səslərə xüsusi titrəmələr əlavə edir. Bu əməliyyat yaxşı tanınan AM radiolarının sistemində mövcuddur və tezlik modulyasiyası adlanır. Tutuquşuların bunu necə etdiyi hələ də sirr olaraq qalır. Bütün quşlar səs çıxarır, ancaq quşların çıxardığı hər səs nəğmə ola bilməz. Nəğmə oxumaq yalnız passeriformes (oxuyan quşlar) qrupuna aid bir xüsusiyyətdir. Bu da quşların haradasa yarısının nəğmə oxumadığı deməkdir. Quşların çoxu nəğmə deyə bilməyəcəyimiz səslər çıxarır. Bu səslərin funksiyaları və oxunma xüsusiyyətlərinə fikir verdikdə həqiqi nəğmələrdən ayrıldığı müşahidə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB