Gündə 2 saatdan çox televizor önündə oturmaq ürək xəstəlikləri və infarktın yaranma riskini artırır
Gündə 2 saatdan çox televizor önündə oturmaq ürək xəstəlikləri və infarktın yaranma riskini artırır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, London mütəxəssislərinin araşdırma edərkən 4512 isceçli iştirak edib. 4 il davam edən araşdırmada, iştirakçılardan gündəneçə saat televizor ya da DVD izlədikləri, iş xaricində neçə saat kompyuterlə məşğul olduqları soruşulub.
Bu insanların vərdişlərini müşahidə edən alimlər, gündə 4 saatdan çox ekran qarşısında olan (iş xaricində) insanların ölüm riskinin, ekran önündə 2 saatdan az oturanlardan 48% çoxolduğunu bildirib. İnfarkt riskinin isə gündə 2 saatdan çox ekran önündə hərəkətsiz qalanlarda, digərləriylə müqayisədə 125% çox olduğu məlum olub.
İşdən gəldikdən sonra bir çox insanın saatlarla televizora baxdığını, amma bu vərdişin ürək və orqanizmin sağlamlığına zərərli olduğu da vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB