Bir siqaret ömrü nə qədər qısaldır?

Bir siqaret ömrü nə qədər qısaldır?

Orta statistik siqaret istifadəçisi gündə təxminən 15 siqaret çəkir. SİA-nın xəbərinə görə, bu pis vərdişin insana zərərilə bağlı növbəti araşdırmanı aparan alimlər sənayesi inkişaf etmiş ölkələrdə, həmçinin postsovet respublikalarında bu göstəricinin daha yüksək olduğunu müəyyənləşdirib – 18 siqaret.

İnkişaf etməkdə olan ölkələrdə 1 şəxs gündə orta hesabla 14 siqaret çəkir. Alimlər bildirir ki, 5 siqaretdə insanı öldürəcək həcmdə nikotin var. Hər siqareti çəkərkən insanın orqanizminə 1-2 milliqram nikotin gedir. Qalanı ya yanır, ya da siqaretin çəkilməmiş hissəsində yığılıb qalır. Ümumilikdə siqaret tüstüsündə 50-dən artıq kimyəvi maddə var və onların içərisində xeyli tok maddələrə rast gəlinir. 11 maddəni mütəxəssislər "təhlükəli" kateqoriyasına aid edir. Araşdırma göstərib ki, siqaret çəkən şəxs çəkməyənlə müqayisədə 13-14 il az yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə