Tərəvəz insanın gündəlik qida rasionunda mütləq olmalıdır. SİA-nın xəbərinə görə, gündə ən azı 5 dəfə meyvə və tərəvəz yemək lazımdır. Bu həm sağlam həyat tərzi, həm də artıq çəkidən azad olmaq deməkdir. Amma bəzilərini bu qədər tərəvəz yeməyə nə vaxtı, nə də həvəsi var.
Alternativ variant kimi tərəvəz şirəsindən istifadə etmək qalır. Amerikalı alimlərin apardığı araşdırmanın nəticəsinə görə, gündə 1 stəkan tərəvəz şirəsi içmək iki pay tərəvəz yeməkdən faydalıdır. Tədqiqatda 90 sağlam insan iştirak edib. Onlara 12 həftə müddətində gündə bir stəkan tərəvəz şirəsi verilib.
Araşdırmada iştirak edən hər 10 nəfərdən 9-u özünü bu prosesdən sonra çox daha yaxşı hiss etdiyini deyib. Texas Baylor tibb məktəbində aparılan araşdırma isə tərəvəz suyunun daha bir faydasını -arıqlatmaqqabiliyyətini üzə çıxarıb. Belə ki, 81 nəfəri iki qrupa bölüblər. Birinci qrupa gündə 1-2 stəkan şirə veriblər. Digərlərinə isə heç nə verilməyib. 12 həftədən sonra tərəvəz şirəsi içənlər 2 kq, digərləri isə 0,5 kq arıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB