Şirələr haqqında 10 maraqlı fakt

Şirələr haqqında 10 maraqlı fakt

1.Gavalı şirəsi – susuzluğu yatırır, mədə və qarnı yumşaldır. Gavalının çəyirdəyini çıxarıb suda qaynadaraq süzür və alınan suyu soyudurlar. Daha sonra onu 1/5 hissəsini və ya 0,2 hissəsini qalanadək qaynatmaq lazımdır.

2.Şaftalı şirəsi – adi sıxmaqla alınan şirə susuzluğu yatırır, öd ifrazını yüngülləşdirir.


3.Albalı şirəsi – suyunu çıxarıb, od üstündə azacıq qatışandan sonra içəndə susuzluğu, qan təzyiqini və ödün sürətlə ifrazını yatırır. Ürəkbulanmaya qarşı da münasibdir.


4.Zoğal şirəsi – bağırsağı möhkəmləndirir, susuzluğu və qan təzyiqini yatırır. Albalı şirəsi kimi hazırlanır.


5.Kök şirəsi – mədəni möhkəmləndirir. Bu şirəni ürək döyüntüsü hallarında içmək məsləhətdir. Adi sıxmaqla alınır və bişirməyə ehtiyac yoxdur.


6.Söyüd yarpağının şirəsi – mədə və tənəffüs orqanlarını möhkəmləndirir.


7.Xiyar şirəsi – adətən balqabaq şirəsini əvəz edir. Alınma üsulu da onun kimidir. Onu şəkərlə içdikdə qan təzyiqini yatırır. Gündə 3-4 çay qaşığı içmək məsləhətdir.


8.Qoz şirəsi – ürəkbulanma üçün münasibdir. Boğaz ağrısı zamanı onunla qarqara etmək faydalıdır. Təzə qoz qabığını suyun 1/3 qalanadək qaynadılır və daha sonra həmin miqdarda bal qatıb yenə də 1/3 qalanadək odda qatılaşdırılır.


9.Alma şirəsi – mədəni möhkəmləndirir. Adi sıxma üsulu ilə içilir. Susuzluğu yatırır. Ürəkbulanmaya qarşı da münasibdir.


10.Armud şirəsi – mədəni möhkəmləndirir. Adi sıxma üsulu ilə içilir. Susuzluğu yatırır. Ürəkbulanmaya qarşı da münasibdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB