Diş sıxma və ya "qıcama" problemi HƏLLİ YOLLARI BUNLARDIR

Pandemiya həyatın bir çox sahəsinə təsir etməklə yanaşı, ağız boşluğuna da zərər verə bilər. Ümumiyyətlə, psixoloji cəhətdən əsaslanan və cəmiyyətdə "diş daşları" və "diş qıcamaq" kimi təyin olunan bruksizmin qarşısını almaq üçün nə etmək olar? Bu müalicə edilə bilən bir problemdir? Müalicə metodları hansılardır? SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, türkiyəli həkim Serhat Yalçın bunu bütün təfərrüatları ilə izah edib.

Cəmiyyətdə "yuxu əsnasında diş qırma", "yatarkən diş qıcama" kimi bilinən problem, yəni, bruksizm problemi üst-alt dişlərin bir-birinə sürtdüyü, əsasən yuxu zamanı sıxıldığı bir vəziyyətdir.

Cəmiyyətimizdə onsuz da tez-tez rast gəlinən bu problem, xüsusilə pandemiya dövründə ortaya çıxan psixoloji təzyiqlə daha çox yaşanmağa başladı. Xəstələr yuxuda olarkən istər-istəməz dişlərini sıxa və ya qıcaya bilər.

Şiddətli diş sıxma problemi olan bəzi xəstələr çənə əzələlərində yorğunluq hiss edə və səhərlər oyandıqda çənə ağrısından şikayətlənə bilər. Bəzən ağızlarını açmaqda çətinlik çəkə bilərlər.

Bruksizm müalicə olunmasa nə baş verər?

Bruksizm problemi müalicə olunmadığı hallarda, baş ağrısı, dişlərin ağrısı və qırılması, çənə əzələlərində ağrı, diş həssaslığı, çənə oynağının zədələnməsi baş verir.

Dişləri sıxmaq və qıcamaq problemi kimdə daha çoxdur?

Bruksizm ümumiyyətlə psixoloji amillərdən qaynaqlanır. Bu psixoloji hallar narahatlıq, gərginlik, stres, hirs, qısqanclıq kimi vəziyyətlərdir. Bruksizmdə xəstələrin xasiyyəti də çox vacibdir. Bruksizm hallarına daha çox aqressiv, hiperaktiv, tələsik, vasvası, rəqabətçi şəxsiyyət tiplərində rast gəlinir. Qidalanma, alkoqol, kofein və tütün istifadəsi bruksizm riskini artıran amillərdir.

Bruksizmi aradan qaldıran bir müalicə varmı?

Əvvəla, onu vurğulayaq ki, bruksizm problemində əsas müalicə stresli düşüncə, mühit və hadisələrdən çəkinməkdir. Çünki, bu problemi hələ tamamilə aradan qaldıran xüsusi bir müalicə üsulu yoxdur. Bu səbəbdən edilən müalicələr qoruyucu olur və bruksizmin zərərli təsirlərinin qarşısını almağı hədəfləyir. Başqa sözlə, müalicə diş və çənə oynağında yarana biləcək qalıcı zərər və ağrını aradan qaldırmaq məqsədi daşıyır.

Bruksizm xəstələrinə tətbiq olunan müalicə üsulları

1. Atel (Gecə lövhəsi)

Mütəxəssis olaraq, sıxılma zamanı dişlərin zədələnməməsi üçün xəstələrimizə "atel" adlanan şəffaf plastikdən hazırlanmış gecə lövhələrini məsləhət görürük. Gecə lövhələri insanın dişlərini sıxmasına mane olmur, ancaq diş əti çürüməsi, sümük rezorbsiyası və əzələ ağrısı kimi problemlərin qarşısını almağa və ya minimuma endirməyə kömək edir. Bu lövhələr daha çox gecə yatarkən istifadə olunur.

2. Botoks

Bruksizmin müalicəsində istifadə olunan başqa bir üsul da botoks tətbiqidir. Bu tətbiq ilə insanların çeynəmə əzələləri zəifləyir. Dartma intensivliyini, yəni əzələ gücünü azaltmaq üçün çeynəmə əzələlərinə tətbiq olunan botoks proseduru, hər 6 ayda bir təkrar tələb edir. Müəyyən fasilələrlə tətbiq olunan metoddan sonra əzələlər gücünü itirdiyindən dişləri sıxaraq meydana gələn güc azalır və xəstələr bruksizmə daha asan dözə bilirlər. Botoks tətbiqi tamamilə dartılmağa mane olmur, dartılma gücünü azaldır.

3. Əzələ rahatladıcı dərmanlar

Əzələ rahatladıcıları həkimlər tərəfindən yuxu zamanı dişlərini sıxan və bu səbəbdən əzələlərində ağrı olan xəstələrə tövsiyə edilə bilər. Ancaq, şikayətləri olmayan xəstəyə əzələ bu dərmanı təyin etmək düzgün deyil.

4. Sakitləşdirci dərmanlar

Bəzi sakitləşdirici dərmanların diş sıxılmasının qarşısını aldığı və ya azaltdığı bilinsə də, bunları qəbul etmək mübahisəlidir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə