Banan ən bol kalium anbarlarından biridir. Təzyiqi salır, ürək ritminin pozulduğu vaxt onu bərpa edir, əzələ yorğunluğunu aradan qaldırır. SİA-nın xəbərinə görə, qısa gövdəli və iri kökümsovlu hündür, bəzən də nəhəng otdur. Vətəni Asiya, Afrika və Avstraliyanın tropik və subtropik bölgələridir. 70-ə yaxın növü var.
İstisevən hibrid növləri (M. paradisiaca və M. sapientum) daha çox yayılıb. Kökdən çıxan iri, qınlı yarpaqları çoxqatlı boru - yalançı gövdə əmələ gətirir. Bircinsiyyətli və ikicinsiyyətli çiçəkləri nəhəng salxımı xatırladır. Meyvələri salxımda toplaşır, hər salxımda 300-ə qədər meyvə olur, ümumi kütləsi 50-60 kq-a çatır. Tərkibində 14-22% şəkər, 5-8% nişasta, 1,5%-dək protein olur. Yeyilir, qurudulur, konserv, marmelad, şirə, şərab, banan unu və s. hazırlamaq üçün istifadə edilir. Bar verdikdən sonra yerüstü hissə quruyub məhv olur. M. textilis növünün yalançı gövdəsindən toxuçuluq sənayesi üçün lif, dəniz burazı, balıq ovunda işlədilən ip alınır. Azərbaycanda (Lənkəran, Zaqatala və Gəncədə) M. basjoo növü dekorativ bitki kimi əkilir. Hazırda Ensete (E. ventricosum) cinsinə aid edilən Efiopiya bananı (M. ensete) Afrikada yeyinti və toxuculuqda istifadə edilmək üçün becərilir.
Bananın faydaları
Banan əsasən tropik bölgələrdə bitir. Banan hələ kal olanda yığılır və daşınma zamanı yetişir. Bananın vətəni Hindistandır, məhz buradan dünyanın bütün tropik zonalarına yayılıb. Bu meyvə VII yüzillikdən insana "xidmət edir". Banan tingəsini Cənubi Amerika qitəsinə XVI yüzillikdə ispan keşişi Tomas de Berlanka gətirib. Ekzotik meyvə şəraitə uyğunlaşdı və əhalinin xoşuna gəldi. Əgər banan bizim üçün ekzotik meyvədirsə, onlar üçün çörək, kartof və hətta əti də əvəz edən ucuz, kalorili qidadır. Biz ağ, yumşaq və dadlı özəyi, sarı qabığı olan banana adət etmişik. Amma onun həm də çəhrayı, qırmızımtıl, bənövşəyi və qara qabıqlıları da varmış. Bu növlər çox zərifdir və daşınmaya davam gətirmir. Meyvənin ölçüləri də müxtəlifdir və nisbətən kiçikölçülü olan "cırtdan" banan çox dadlı sayılır.
Bananın tərkibində çoxlu karbol olduğundan adamı tez doyuzdurur. Lətində orqanizmin müdafiə funksiyalarını möhkəmlədən, soyuqlamanın qarşısını alan xeyli miqdarda askorbin turşusu var. Banan C, A, B vitaminləri və maqniumla zəngindir. Onlar maddələr mübadiləsini yaxşılaşdırır, bədəndəki şlak və mayeni xaric edir, qandakı xolesterinin səviyyəsini aşağı salır, immuniteti bərpa edir, əsəbləri sakitləşdirir. Buna görə də bir çox idmançılar, xüsusən də tennisçilər yarışdan öncə və sonra banan yeyirlər. Banan mədəsində yara olanlara çox faydalıdır. Alimlər iddia edirlər ki, banan hüceyrələrin və mədənin selikli qişasının bərpasına yardım edir. Hipertoniklər gündə 1-2 ədəd banan yeməklə təzyiqlərini 10% endirə və bununla da insult riskini azalda bilərlər. Gündə 5 ədəd banan yemək isə qan təzyiqini endirmək üçün lazım olan dərmanları iki dəfə azaldar.Bananın hər 100 qramında 90 kkal enerji var.
Banan dəmirlə zəngin olduğu üçün qanda hemoqlobini artırır və anemiyanın müalicəsində böyük rol oynayır. Kaliumla zəngin olduğu üçün qan təzyiqinin aşağı salınmasında böyük rol oynayır. Banan B vitamini ilə zəngin olduğu üçün əsəb sistemini sakitləşdirir. Bananın tərkibində A1, C, B6, B12, maqnezium, kalium, kalsium, dəmir və fosfor var. Aclığı yatızdırmaq üçün banan yeyə bilərsiniz. Bu zaman orqanizminiz enerji və faydalı elementlərlə təmin olunacaq. Bananın diqqətin artırılmasında və əqli keyfiyyətlərin yaxşılaşdırılmasında böyük rolu var. Banan bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Depressiyadan əziyyət çəkənlər: bu sizin malınızdır. Mədəniz qıcqqırarsa banan köməyinizə gələcək. Yemək arası banan yeməklə gümrahlığı bərpa etmək olar.
Ağcaqanadlar əleyhinə dərmanlardan istifadə etməzdən əvvəl həmin yerə banan qabığı sürtün. Bu qıcıqlanmanın qarşısını alacaq. Banan həm də bədən tempraturunu tənzimləyir. Ürək döyüntülərini normallaşdırmaq üçün bananı gündəlik yeyəcəklərin sırasına daxil edin. Ziyilləri məhv etmək üçün bananın qabığından istifadə etməyiniz məsləhətdir. Banan yeməklə iştahanı bərpa etmək, göz altındakı torbaları aradan qaldırmaq olar. Banandan hazırlanmış maskalar hər cür dəriyə faydalıdır. Yetişmiş banan cinsi həvəsi artırır. Süd verən qadınlarda laktasiyanı normallaşdırır. Kal bananlar bağırsaq şişlərinin yaranmasının qarşısını alır. Bananın kökü qan xəstəliklərinin müalicəsi üçün faydalıdır. Banandan qaraciyər xəstəliklərinin qarşısı almaq üçün də istifadə olunur. Yaşıl banan dadlı olmasa da tərkibində çox nişasta olur. Kalium hər şeydən əvvəl ən əhəmiyyətli həyati minerallardanndır. Təzyiqin aşağı salınmasında, son dərəcə əhəmiyyətli təsirə malikdir. Kaliumla zəngin olan meyvə sümüklərin möhkəm olmasına səbəb olur.Banan cinsi qüvvəni artırır. Yuxusuzluğu aradan aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
Sizin reklam yeriniz
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



