Qızılgül gülçiçəklilər fəsiləsindən çoxillik bitkidir. SİA-nın verdiyi xəbərə görə, vətəni əsasən Anadolu, İran və Çindir. Şimal yarımkürəsində 400-ə qədər yabanı növü məlumdur. Qızılgül kolunda 800-1000-ə qədər çiçək, hər çiçəkdə isə 80-ə yaxın ləçək olur. Bir çiçəyin çəkisi təqribən 3-4 qrama çatır. Qızılgül bəzi ölkələrdə qızılgül yağı almaq məqsədiylə becərilir. Həmin güldən alınan yağ ətriyyatda ən bahalı ətirlərə əlavə edilir. Bundan başqa qızılgül yağından təbabətdə istifadə olunur.
Qızılgülün faydaları aşağıdakılardır:
1. İltihabı aradan qaldırır. Boğaz iltihablarına və badamcıq vəzilərinə qarşı təsirlidir.
2. Mikroböldürücü təsirə malikdir.
3. Dəri və dəri xəstəliklərinə qarşı faydalıdır.
4. Ağız yaralarının sağalmasına kömək edir.
5. Diş ağrılarını aradan qaldırır.
6. Qaraciyərin fəaliyyətini nizamlayır.
7. Öskürəyin qarşısını alır.
8. Göz iltihablarına qarşı təsirlidir.
9. Tərləməyə qarşı faydalıdır.
10. Ürək bulanmasını aradan qaldırır.
11. Qızılgül yağı dəridəki ləkələri aradan qaldrır. Xüsusilə də doğum ləkələrini.
12. Allergiyaya qarşı faydalıdır.
13. Qızılgül suyu temperaturu aşağı salır. Soyuqlaşdırıcı təsirə malikdir.
14. Qocalmanı gecikdirir.
15. Baş ağrısına qarşı faydalıdır.
16. Qızılgül mürəbbəsi həzm prosesini asanlaşdırır.
17. Qan azlığına qarşı faydalıdır.
18. Qan azlığına qarşı faydalıdır.
19. Revmatizmaya qarşı istifadə olunur.
20. Stresi tənzimləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB