Bu qidalara diqqət edin!

Duzun bir çox faydası vardır. SİA-nın xəbərinə görə, bakteriya, maya və kifin əmələ gəlməsinə mane olur və xarab olmalarının qarşısını alır, qidaların içindəki ləzzəti üzə çıxarır, kraker kimi qidalarda quruluq hissini azaldır. Lakin, bir çox hazır qidada çox miqdarda duz, sağlamlığa zərərlidir. Yediyimiz qidalardakı duz miqdarını azaltmaq üçün mümkün qədər hazır qidalardan uzaq durmalıyıq. Mayo Clinicdə verilən məlumata görə, bir çox insane duzdan ehtiyacından daha çox istifadə edir. Amerikada yayımlanan 2010 Qidalanma Rəhbərində məsləhət görülən duz miqdarı gündə 2-3 qramdan daha azdır. Əyər yaşınız 50-dən çoxdursa, yüksək təziqiniz varsa ya da xroniki böyrək xəstəsisinizsə bu miqdar 1-5 qrama düşür.


Bütün xəbərlər Facebook səhifəmizdə