Bu qidalar arıqlamağa kömək edir

Bu qidalar arıqlamağa kömək edir

Bədəndəki, xüsusilə qarın nahiyəsindəki piyləri əridən qidaların adları açıqlanıb. SİA-nın xəbərinə görə, piyləri yox etmək üçün ilk pillədə banan durur. Bu meyvə qarının şişməsinə səbəb olan maddələri tənzimləyir.


Qatıq

Qarında şişkinliyə səbəb olan bakteriyaları yox edən faydalı bakteriyalar var. Bundan əlavə bədəndə insulinin miqdarını da tənzimləyir.


Çiyələk

Meyvənin tərkibində antioksidantlar var ki, bu da qan dövranını sürətləndirir, əzələlərə daha çox oksigen getməsini təmin edir.


Yaşıl çay

Gündə 3 stəkan yaşıl çay həzmi sürətləndirir və əlavə kalori itirməyə kömək edir. Bədəndə olan yağ hüceyrələrini azaldır.


Narıncı meyvələr

İdman edəndə yağların 30 faiz daha sürətlə əriməsinə kömək edir. Bu kateqoriyaya daxil olan limondan da yeməklərdə bol-bol istifadə etmək olar.


Taxılkimilər

Taxılkimilərdə olan maddələr bədəndə insulinin səviyyəsini tənzimləyir. Bu da öz növbəsində yağ hüceyrələrinin azalmasını təmin edir. Bundan əlavə bu tip qidalar insanı daha gec acdırır.


Bütün xəbərlər Facebook səhifəmizdə