Uzun müddət ərzində kompüter arxasında oturmaq dəriyə də mənfi təsir edir

Uzun müddət ərzində kompüter arxasında oturmaq dəriyə də mənfi təsir edir

Məlum olub ki, uzun müddət ərzində kompyuter arxasında oturmaq göz, beyinlə yanaşı, insan dərisinə də mənfi təsir edir. SİA-nın xəbərinə görə, kompyuterin hücumunun ilk göstəricilərindən biri də dəridə vaxtından əvvəl yaranan qırışlar, solğunluqdur.

Mütəxəssislər qeyd edib ki, kompyuter qarşısında keçirilən hər 1 saatdan sonra 5 dəqiqəlik fasilə mütləqdir. 5 dəqiqəlik fasiləni isə açıq pəncərə önündə keçirmək, 7-8 dəfə dərindən nəfəs almaq, bir neçə qurtum limon əlavə olunmuş su içmək mütləqdir. Kompyuter arxasında çox oturan insanların nəmləndirici kremlərdən istfiadə etməsi, xanımların isə makyajın altından qoruyucu krem çəkməsi məsləhətlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə