Arıqlamağa kömək edən meyvə
Çiyələyin içərisində olan faydalı maddələr insan sağlamlığı üçün önəmlidir. SİA-nın xəbərinə görə, çiyələk arıqlamağa kömək edir. Bundan əlavə çiyələyin bir çox xəstəliklərdən müdafiəyə köməkçi olduğu da üzə çıxıb. Mütəxəssislərin sözlərinə görə, çiyələyin içərisində olan faydalı maddələr insan sağlamlığı üçün önəmlidir. Möcüzə meyvənin insan sağlamlığına olan faydaları isə bunlardır: Çiyələyin tərkibindəki antioksidantlar iştahanın azalmasına kömək edir, qan şəkərini tənzimləyir və sağlam şəkildə arıqlamağa kömək edir. Yaraların və iltihabların tez sağalmasında böyük rol oynayır. Meyvənin suyunda olan anti şiş maddələr ağciyər xərçəngi hüceyrələrinin yaranmasının qarşısını alır. Beyinin yaşlanmasını gecikdirir. Çiyələyə qırmızı rəng verən maddə infarkt riskini azaldır. Damarlardakı təzyiqi tənzimləyir

Bütün xəbərlər Facebook səhifəmizdə