Şokoladın ətri insanları soyuqdəymədən qoruyur

Şokoladın ətri insanları soyuqdəymədən qoruyur

Meyvə və tərəvəz faydalı ərzaqlar sırasında sıxışdırıla bilər. Hersheys şirkətinin tədqiqatçılarının son axtarışlarının nəticələrinə görə, onların yerini şokolad tutacaq. Qara şokoladın tərkibində qaragilə və quşüzümü şirələrindən daha çox antioksidant var.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu abrədə "The Daile Maile" saytı yazıb. Mütəxəssislər qaragilə, quşüzümü və asaye gilə- meyvələrinin şirələrindəki antioksidantların miqdarını xüsusi olaraq ölçəndən sonra müqayisə üçün 40 qramlıq qara şokoladda, bir fincan kakao və ərinmiş isti şokoladda antioksidantların səviyyəsini təyin ediblər. Nəticədə, plitə şokolad liderlik edib.

Ürək-damar xəstəlikləri riskini azaldan, onları qırışlardan qoruyan antioksidant tipli möcüzəli flavonolun miqdarına görə, kakao və qara şokolad birinci yerdədir. Elə buna görə də isti ərinmiş şokolad vurğunları ondan əl çəkməlidirlər. Çünki, ərinmiş şokolad tərkibinə görə üçüncü yerdə dayanır və onun hazırlanması zamanı tərkibindəki antioksidantlar parçalanır.

Tədqiqat müəlliflərindən biri doktor Debra Miller əmindir ki, adamlar piylənmə və protein anlamlarını bir kənara qoyub, şokoladın gərəkliyinə diqqət yetirməlidirlər. Gün ərzində bir tikə şokolad ürək xəstəlikləri riskini 3/1 qədər azaldır.

Tədqiqatçılar həmçinin bəyan edirlər ki, şokoladın ətri insanları soyuqdəymədən qoruyur.

Bütün xəbərlər Facebook səhifəmizdə