2012-ci ildə dünyanın sonu olmayacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, alimlərin qənaitincə maya tayfalarının təqvimini müasir təqvimə keçirdikdə 50-100 il fərq yaranır. Hesab olunur ki, 2012-ci ildə dünyanın sonu olmayacaq, çünki professorun araşdırmalarına görə, mayaların təqvimi 21 dekabr 2012-ci ildə yox, ən azı 2 ay sonra başa çatmalıdır. Beləliklə, mayaların təqvimi əslində 2013-cü il fevralın 18-də başa çatır. Bundan əlavə, təqvimin bitməsilə dünyanın sonunun gəlməsi fərziyyəsi də şübhə altına alınır. Alimlər deyirlər ki, mayaların heç bir yazılarında dünyanın sonu olacağı qeyd olunmur. Sadəcə bu təqvimin 5126 illik bir dövrü başa çatacaq və daha yenisi başlayacaq. Xatırladaq ki, irəli sürülən fərziyyələrə görə, 2012-ci ilin sonunda astronomik fəlakətlər nəticəsində Yer kürəsində böyük dağıntılar baş verəcək və planetin 5 milyarda yaxın əhalisi məhv olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB