Əsrin sonuna kimi okenanın səviyyəsi 1.5 metr qalxa bilər. SİA-nın xəbərinə görə, bu barədə xəbəri "Arctic Monitoring and Assessment Programme" təşkilatı yayıb. Təşkilat alimlərinin hesablamalarına görə, şimal qütbündə qar və buzlaqların 40 faiznin əriməsi nəticəsində suyun səviyyəsində artım olacaq. Əsas rolu isə Arktika da yerləşən buz və qar örtüyü olacaq.
Okena suyunun səviyyəsinin qalxması nəticəsində əsasən Banqladeş, Vyetnam, Çin ölkələrinin deltası su altında qalacaq. Araşdırmacılar hesab edir ki, son altı il Arktika üçün ən isti illər olub. Çünki son iki min il ərzində dünyada istiləşmə prosesi daha da fəallaşıb. Belə ki, Şimal okeanda 3-4 dekad ərzində artıq buz mövcud olmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB