21 may: Hava haqqında

Ekologiya və Təbii Sərvətlər Nairliyinin Hidrometrologiya Departamentinin Hidrometroloji Proqnozlor bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Bakıda gecə 14-16° isti, gündüz 22-24° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 757 millimetr civə sütununa bərabər, nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-70 faiz olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə