Gözün torlu qişası zədələnən adamlar görmə qabiliyyətini bərpa edə bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, alimlər hesab edirlər ki, bu, yosunlardan götürülən işığa həssas genlərin vasitəsilə mümkündür.
London Universitet kollecinin və Cənubi Kaliforniya Universitetinin mütəxəssisləri yosunlarda günəş işığı və fotosintezi axtaran hüceyrələri tədqiq ediblər. Məsələ bundadır ki, yosunların qeyd olunan hüceyrələri gözün zədələnmiş torlu qişasını ideal şəkildə əvəz edə bilər. Bu elmi hipotezi alimlər hələlik siçanlar üzərində sınaqdan keçiriblər.
Aparılan testlər göstərir ki, kor gəmiricilərin gözlərinə yosun genləri yeritməklə yenidən görməni bərpa eləmək mümkündür. Ekspertlər yaxın iki ildə təcrübəni insanlar üzərində də aparmağı planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB