Böyük Britaniya alimləri sübut ediblər ki, müntəzəm olaraq pomidor yemək və ondan üz maskalarının hazırlanmasında istifadə etmək gənc, təravətli görünməyə kömək edir. SİA-nın məlumatına görə, ən əsası isə pomidor insan orqanizminə xeyirlidir. Pomidorun tərkibində likopin və antioksidantların olduğu aşkarlanıb. Likopin və antioksidantlar əsasən su balansının tənzimlənməsinə kömək edir, dərini günəş şüaları altında yanmasından və ofis kondisionerinin təsiri altında yaranan quruluqdan qoruyur.
Mütəxəssislər apardıqları tədqiqatlarının nəticələrinə əsaslanaraq pomidorları yalnız yeməkdə, salatda yox, kosmetik maskaların hazırlanmasında da istifadə etməyi məsləhət görürlər.
Məsələn, 1 pomidoru sürtkəcdən keçirib, üzərinə 1 yumurtanın sarısı və 1 xörək qaşığı buğda unu əlavə edərək qarışdırın. Həmin maskanı üzünüzə çəkib 10-15 dəqiqə ərzində saxlayın. Daha sonra ilıq su ilə yuyun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB