İştahı küsdürən 10 qoxu

ABŞ-ın dad və iybilmə araşdırmalar Fonduna rəhbərlik edən həkim Alan Hirş iştahanı küsdürən müxtəlif qoxu növlərinin siyahısını təqdim edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, həmin qoxular şirniyyata meyli azaldır və iştahanı küsdürür.

Təbii qoxular və yaxud bu qoxu növlərindən hazırlanan ətirli şamların istifadəsi artıq çəki toplamaqda ən sadə və xoşagələn profilaktik vasitələrdən sayılır. Məsələn, aromatik lampaya bir az yağ töküb və yaxud qreypfrut qabığının ətrini iyləmək məsləhətdir.

Həkim Alan Hirşın tərtib etdiyi siyahıya bu qoxular daxildir:

1. Vanil

2. Qreypfrut

3. Cirə

4. Şüyüd

5. İstiot

6. Nanə

7. Alma

8. Banan

9. Lavanda

10.Qızılgül

Bütün xəbərlər Facebook səhifəmizdə