Dünyada ilk avtomatlaşdırılmış hotel açılıb

Dünyada ilk avtomatlaşdırılmış hotel açılıb

Fransada dünyada ilk dəfə avtomatlaşdırılan mehmanxana açılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Hi Matic" adı verilən hotel rəqəmsal xidmət prinsipi ilə işləyir.

Məsələn, nömrə tutmaq üçün turist vağzal və hava limanlarında qoyulan sensorlu ekranlara bənzər monitorlardan istifadə etməlidir. Hoteldə bir gecəsi 130 avro olan yüksək səviyyəli 40 nömrə var.

Hotel sahibinin sözlərinə görə, avtomatlaşdırılan sistem hotel heyətinə qənaət etməyə imkan verir. Ancaq bu o demək deyil ki, hoteldə işçiləri gözə dəyməyəcək. Məsələn, rəhbərlik xidmətçi xanımlardan ibarət heyətə görə qənaət etmək niyyətində deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə