Amerikalı moizəçi, kaliforniyalı Harold Kempinqin dünyanın sonu elan etdiyi tarixə 1 gün qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, moizəçinin sabah mayın 21-i saat 18:00-da dünyanın sonu olacağı barədə proqnozları dünyanın diqqətini cəlb edib.
Moizəçinin və tərəfdarlarının inanclarına görə, dünya mayın 21-ni zəlzələ ilə açacaq. 153 gün boyunca dünyada müxtəlif fəlakətlər olacaq. 21 oktyabrda isə həyat tamamilə yox olacaq.
Onun sözlərinə görə, bu tarixdə əhalinin ancaq 2 faizi səmaya (cənnətə) qalxacaq, digərləri isə əks istiqamətdə gedəcəklər.
Hətta inanclara görə mayın 21-də zəlzələlərin sayı çoxalacaq. 153 gün dünya fəlakətlərə düçar olacaq. Digər tərəfdən də deyilir ki, oktyabrın 21-də isə bütün kainat yox olacaq.
Qeyd edək ki, onların bu inancları artıq reklam lövhələrində də özünü göstərməyə başlayıb. Belə ki, ABŞ-dan sonra indi də Rusiyanın müxtəlif şəhərlərində, o cümlədən paytaxt Moskvada 21 mayda tanrı yer üzünə gələcək. \"İncil\"də belə yazılıb\" yazılan afişalar asılıb.
Kempinq dedikləri baş verməsə, geri çəkiləcəyini və \"İncil\"i daha yaxşı araşdırmağa başlayacağını bildirib.
Xatırladaq ki, H.Kempinq belə fikirlərlə ilk dəfə çıxış etmir. Belə ki, 1994-cü il senytabrın 6-da onun yüzlərlə dinləyicisi İsa peyğəmbərin (Ə.S.) gəlişini gözləyirdi. Keçmiş mühəndis bu iddialarının doğru çıxmamasını o vaxt \"İncil\"i dəqiq öyrənməməsi ilə izah edib, indi isə Allahın ona sübut verdiyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB