Saçlar insan özəlliyinin əsas hissələrindən biridir. Sağlam və gözəl saçlar isə bu gözəlliyi daha da qabardır. Ancaq gözəl saçlar yaxşı qulluq tələb edir. Saçlara qulluq haqqında daha doğru bildiklərimizin hamısı heç də doğru olmur. Bəs, saçlar haqqında bildiyimiz yalnışlar hansılardır?Bu barə də SİA.AZ nəzərinizə çatdıracaq.
1.Saçlar kəsildikcə daha tez uzanır. Saçların uzanması genetik xüsusiyyətdir. Yayda saçlarda uzanma qışa nisbətən daha tez baş verir.
2. Ağ saçı qoparanda sayı artır. Ağ saçın sayı onu qoparıb, qoparmaqla azalmır. Sadəcə olaraq bu zman dəri və başqa saç kökləri ziyan görə bilər.
3. Soyuq su saça parlaqlıq verir. Saç üçün ən yaxşı ilıq sudur. Soyuq su ayılmağa və əzələlərin canlanmasına kömək etsə də, saça parlaqlıq vermir.
4.Saçın təmizlənməsi üçün bir neçə dəfə şanpunlamaq lazımdır. Saçı 1 dəfə yaxşı şanpunlamaq kifayət edər.
5.Gündə saçı 100 dəfə daramaq faydalıdır. Saçları çox daramaq onların daha tez yağlanmasına və vaxtında tez tökülməsinə səbəb olur.
6.Sulu saçı fen ilə qurutmaq. Daha yaxşı olar ki, saçları 5 dəqiqə dəsmal ilə qurulansın. 5 dəqiqədən sonra isə fenlə qurutmaq lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB