Siqaret çəkən şagirdlərə qarşı sürpriz cəza

Siqaret çəkən şagirdlərə qarşı sürpriz cəza
Türkiyənin İzmir şəhərindəki Qız Liseyində siqaret çəkərkən tutulan 7 şagirdə təhsil ocağı tərəfindən qınama, məktəbdən uzaqlaşdırma kimi intizam cəzası əvəzinə \"dərs\" cəzası kəsilib. SİA-nın xəbərinə görə, həmin şagirdlərin cəzası sənəd hazırlamaq olacaq. Direktor müavini Serpil Pullukçu bildirib ki, qarşıda onları nə gözlədiyini həmin şagirdlərə başa salmaqdır: \"Bunun təsirsiz ötüşməyəcəyini düşünürük.

Siqaret çəkənlərin yaşının ibtidai təhsilə qədər enməsi və narkoman şagirdlərin pis vərdişlərə daha çox meyllənməsi pedaqoqları narahat etməyə başlayıb, onlar müasir üsullara keçməyə məcbur olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə