Saçlara qulluğun bir neçə üsulu

Saçlara qulluğun bir neçə üsulu

Hələ qədim dövrlərdən qadınlar müxtəlif üsullarla saçların qeydinə qalmağa çalışıblar. SİA saçlara qulluq vasitələrindən bir neçəsini sizlərə təqdim edir.

Necə etməli ki, saçlar gözəlliyini, təravətini, yumşaqlığını və rəngini qoruyub, saxlaya bilsin. Adətən, bunun iki üsulu olub: təbii və süni yolları. Son dövrlərdə xanımlar əsasən bunlardan birinə, təbii üsula üstünlük verir.

Belə ki, əgər saçlarınızı qoruyub, təravətini saxlamaq istəyirsinizsə, heç də müxtəlif tibbi preparatlara və bahalı kosmetik üsullara əl atmaq vacib deyil. Bunun çox sadə və təbii bir yolu da var. Xalq təbabətinə müraciət etmək kifayətdir.

Tanınmış qərb təbabətçilərinin qənaətincə, qırmızı bibərdən hazırlanmış müxtəlif reseptlərə müraciət etməyiniz kifayətdir. Qırmızı bibərdən hazırlanan bu reseptlər saçları yumşaq, təravətli saxlayır və ən əsası isə onların uzanmasına kömək edir. Müasir kosmetoloqlar keçmişə əsaslanıb, bu balzam və maskaların reseptlərini xanımlara yenidən təqdim edirlər:

1) 5-6 dilim qırmızı bibəri xırda-xırda doğrayıb, üstünə müəyyən miqdarda araq və ya spirt tökün. Bu qatışığı bir həftə qoyun, qalsın. Sonra saçları bununla həftədə 1-2 dəfə yaxalayın.

2) 1 xörək qaşığı əzilmiş qırmızı bibərə, 20-30 ml konyak, 1 xörək qaşığı bitki yağı, 2-3 xörək qaşığı limon şirəsi, 2 xörək qaşığı bal və 1 yumurta sarısını əlavə edərək, bunları yaxşıca qarışdırın. Alınan bu məhlulu saçların dibinə sürtüb, üstünə polietilen paket çəkərək, dəsmalla örtün. 30 dəqiqədən sonra , saçları şampunla yuyun. Bunu ay ərzində həftədə iki dəfə təkrar edin.

Bütün xəbərlər Facebook səhifəmizdə