ABŞ-ın Ohayo ştatındakı Loqan şəhərinin turist mərkəzində keçmiş nazir Pol Consona məxsus olan karandaş yonanların sərgisi təşkil edilib. SİA-nın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, əvvəllər bu kolleksiya Consonun malikanəsində saxlanılıb. O, bunu kiçik muzey adlandırsa da, sərginin rəsmi statusu olmayıb.
Pol Conson 1980-ci ilin sonundan etibarən-həyat yoldaşı karandaş yonan hədiyyə edəndən sonra kolleksiya toplamağa başlayıb.
Pol Conson ömrünün sonuna qədər (qeyd edək ki, o 2010-cu ildə dünyasını dəyişib) cəmi 3400 ədəd karandaş yonan toplaya bilib. Onun kolleksiyasındakı bütün karandaş yonanlar hər mövzuya uyğun çeşidlərə ayrılıb. Məsələn, kolleksiyada pişik təsvirli, milad bayramı motivli, disney qəhrəmanlarının şəkilləri olan karandaş yonanlar var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB