Adı gizli saxlanılan amerikalı "Sotheby\'s" hərrac evində Pol Qoqenin sabolarını 340 min dollara əldə edib. SİA-nın məlumatına görə, bu haqda "The Daily Telegraph" agentliyi xəbər verib.
Qoqen geyinmək üçün bu saboları 1890-c ildə şəxsən özü hazırlayıb. Sabolar impressionist və modernistlər tərəfindən təşkil olunmuş "Sotheby\'s" hərrac evində satılıb.
Pol Qoqen Bretan şəhərinin mənzərə və mədəniyyətindən ilham alaraq, saboların üzərində bretan qadınlarını və kənd mənzərəsindən fraqmentlər təsvir edib.
Qoqen dostu Emil Şuffenekerə məktubunda yazırdı: "Mən Bretanı sevirəm. Onda vəhşiliyin erkən dövrünü tapıram. Daş körpülər üzərində mənim sabolarımın çıxartdığı boğuq və dərin səsi eşidirəm. O səsi ki, şəkillərimdə axtarıram".
"Sotheby\'s" hərrac evinin məlumatına əsasən, Qoqenin hazırladığı saboların cəmi üç cütü var. Onlardan bir cütü Vaşınqtondakı Milli mədəniyyət qalereyasında, digəri isə Parisdə Erne Leqronun kolleksiyasında saxlanılır.
Hərracda satılan bu saboları Qoqen həmçinin, Parisə səfəri zamanı da geyinib. Sənətşünas Kristofer Qreyin sözlərinə görə, Qoqen bu saboları geyindiyi zaman bütün Paris əhalisini şoka salıb.
Qoqen incəsənətin növlərindən biri olan ağac üzərində oymaya müraciyət edib. O, Taitiyə köçəndən sonra da bu işini davam etdirib.
Qeyd edək ki, saboların satıldığı həmin "Sotheby\'s" hərrac evində Pol Qoqenin taxtadan yonulmuş "Gənc Taiti qadını" (Jeune tahitienne) adlı heykəltaraşlıq əsəri 11,3 milyon dollara satılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB