Hindistanlı alimlər araşdırma nəticəsində belə qənaətə gəliblər ki, südlü çay ümumiyyətlə faydasız içkidir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, çay və südün tərkibində ayrı-ayrılıqda bir çox faydalı maddələr var. Lakin, bu içkiləri qarışdıranda onlar öz xeyirli xüsusiyyətlərini itirir.
Süddə olan zülallar çayın tərkibindəki teaflavinlə qarışanda alınan birləşmə insan orqanizmində həzm olunmur. Alimlərin fikrincə, bu zaman həm südün tərkibindəki zülalın miqdarı, həm də çaydakı antioksidantların miqdarı azalır.
Bundan başqa, südlü çayla arıqlamaq da mümkün olmur. Baxmayaraq ki, qara çay piylənmənin qarşısını alır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB