Kökün insan orqanizminə faydaları

Kökün insan orqanizminə faydaları

Karotinoidlə zəngin tərəvəz və meyvələr dəriyə cəzbedici qızılı rəng çaları verir. SİA bu tərkiblə bol olan kökün faydalarını oxuculara təqdim edib.

Bristol və Sent-Endrüss Universitetinin tədqiqatçıları müəyyənləşdiriblər ki, dərisinin rəngi qızılı çalarda olan insanlar daha çox diqqət çəkir. Belə adamlar daha sağlam və yaraşıqlı görünürlər.

Bununla yanaşı aşkarlanıb ki, dərisi qızılı rəngə çalan insanlar ən çox tərkibi sarı piqmenti karotinoid ilə zəngin olan meyvə və tərəvəz yeyənlərdir. Həmin meyvə və tərəvəzlər daha çox kök və sarı gavalıdır.

Beləliklə, meyvə və tərəvəz təkcə cansağlığı yox, həm də gözəllik bəxş edir.

Bütün xəbərlər Facebook səhifəmizdə