Kosmetikaların zəhərli olduqları aşkar edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, kanadalı alimlərin apardıqları araşdırmalar nəticəsində milyonlarla qadını qorxudacaq nəticələr əldə olunub. Belə ki, ekspertlər populyar kosmetik vasitələrdə insan orqanizmi üçün zərərli kimyəvi birləşmələr tapıblar.
"Environmental Defence" təşkilatı dünyanın ən populyar kosmetika vasitələri arasından 49 nümunəni seçərək araşdırma testləri aparıblar. Məlum olub ki, həmin kosmetik preparatlarda aralarında qurğuşun və mərgümüş olan 8 zəhərli kimyəvi maddə var.
İstisnasız olaraq bütün vasitələrdə iki ağır metal tapılıb.
Kanadanın Səhiyyə Nazirliyi kosmetika istehsalçılarına öz məhsullarına kadmium və ya qurğuşun kimi metalların qatılmasını qəti qadağan edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB