\"Apple\" \"Thunderbolt\" ticarət nişanının qeydiyyatdan keçməsinə dair ərizə təqdim edib
\"Apple\" şirkəti ABŞ Patent və Ticarət Nişanlarının Qeydiyyat Bürosuna mobil elektronika və kompüter texnikasında məlumat ötürülmə texnologiyasını ifadə edən\" Thunderbolt\" ticarət nişanının Amerika və Kanadada qeydiyyatdan keçməsinə dair ərizə təqdim edib. SİA-nın xarici mətbuatına istinadən verdiyi xəbərə görə, \"Thunderbolt\" ticarət nişanı bu texnologiyanın əsas tərtibatçısı olan \"Intel\" korporasiyasına məxsusdur, lakin müvafiq yoxlamaların nəticələrinə əsasən, nə ABŞ-da, nə də Kanadada \"Intel\" bu ticarət nişanını rəsmi qeydiyyatdan keçirməyib.
Digər istehsalçılar arasında \"Apple2 saniyədə 10 qiqabitədək məlumat mübadiləsi sürətinə malik (USB 3.0-dan iki dəfə artıq) \"Thunderbolt\" texnologiyasının cari ilin fevral ayında təqdim olunmuş son noutbuk modellərində tətbiqinə birinci başlayıb.
Qeyd edək ki, \"Apple\" tərəfindən ticarət nişanının qeydiyyat keçirməsi onu deməyə əsas verir ki, istehsalçı bu işləmənin bazara çıxarılması istiqamətində əhəmiyyətli iş görüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB